Image 01

Allaha qarşı daima səmimi və dürüst olmağı əsla unutmayın

Din Allah qorxusu əsasında qurulmuşdur. Ancaq Allahdan lazımi qədər qorxanlar dində səmimi ola bilərlər. Çünki Qurana baxdığımız zaman səmimiyyətin Allahdan qəlbi titrəyərək qorxu duyan və sadəcə Allahın razı olduğu davranışa yönələn insana məxsus olduğunu anlayırıq. Heç bir şey səmimi mömini əsl məqsədindən döndərə bilməz; qiyamət günü haqq-hesabını verə bilməyəcəyi bir şeyə yanaşdırmaz. Allah ayəsində ən xeyirli rəftarın bunun olduğuna belə diqqət çəkmişdir:

Davamı
Image 02

Gözəl sözün və gözəl üslubla danışmağın əhəmiyyəti

İnsanları tanımaqda mühüm rol oynayan cəhətlərdən biri də onların danışıq üslubudur. Düşüncə tərzi, inanclar, fikir və düşüncələr sözlərlə ifadə edilir. İnsan qəlbində hiss etdiklərini, fikrindəkiləri, istəklərini, ideallarını və ya qorxularını istər-istəməz danışığında əks etdirir. Ona görə, bir insanın ağıllı və vicdanlı olub-olmadığı, əsasən, dediyi sözlərdən üzə çıxır. Dürüst, səmimi, etibarlı, doğru danışan, yoxsa saxtakar, pisniyyətli, yalan danışan adam olduğu da danışığından başa düşülür.

Davamı
Image 03

Allahın insanlara haqq kitablarda vəhy etdiyi sistem - demokratiya

İnsan həyatının çox mühüm hissəsi olan vəhəyat keyfiyyətini yüksəldən azadlıq ancaq demokratiya anlayışının hakim olması ilə mümkündür.Çünki demokratiya bütün insanların sosial ədalət, bərabərlik, haqq və azadlığa sahib olduğu idarəetmə formasıdır. Demokratiya peyğəmbərlər vasitəsilə uca Allah’ın qullarına haqq kitablarda vəhy etdiyi bir nemətdir. Bütün haqq kitablarda azadlıq, sevgi, mərhəmət, ədalət, hər kəsin sərbəst yaşayacağı, sərbəst fikirlərini dilə gətirə biləcəyi sülh içində yaşanan bir mühit əmr edilmişdir. Bu səbəbdən, demokratiyanın ilk yarandığı yer kimi qəbul edilən qədim yunan torpaqları və ya müasir dövrdə demokratiyanın mərkəzi olaraq qəbul edilən Avropa ölkələri demokratiyanı haqq dinlərdən öyrəniblər. Lakin demokratiyanın ən inkişaf etmiş forması İslam əxlaqının bütün dünyaya hakim olması ilə yaşanacaq.

Davamı