Image 01

Müəllif haqqında

Hörmətli Adnan Oktarın həyatı və əsərləri haqqında buradan oxuya bilərsiniz.

Image 02

A9 tv

A9 tv-dəki bütün söhbət proqramları, birbaşa efiri və sənədli filmləri buradan izləyə bilərsiniz.

Image 03

Ayə axtar

Quranda ayə axtarma, Quran fihristi. Bu saytda siz Quranı rahat şəkildə incələyə biləcəksiniz.

Image 04

Hədislər

Peyğəmbərimizin (s.a.v) Quran əxlaqı, Axırzaman, İslam birliyi və.s haqqında qiymətli hədisləri.

Image 05

e - təhsil

Hörmətli Adnan Oktarın əsərlərindən faydalanılaraq hazırlanmış elektron təhsil saytı.

Kamil iman nədir?

Image 01

Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər. (Muminun surəsi, 61)

"Kamil" sifəti yetkin, nöqsansız, mükəmməl mənalarını ifadə edir. Bu kitabın mövzusu olan kamil iman da bir insanın çatdığı imani yetkinliyin və dərinliyin ən üstün, ən mükəmməl dərəcəsini bildirir. Yaxşı, bir insanın imanının yetkinləşməsi, mükəmməlləşməsi necə reallaşır?

Davamı

Kamil iman sahibinin Allah inancı

Image 02

...Və Onun qorxusundan tir-tir əsirlər. (Ənbiya surəsi, 28)

Allahın böyüklüyünü, gücünü və sonsuz ağlını qavrayan kamil iman sahibləri Rəbbimizə qarşı hörmət dolu bir qorxu duyarlar. Allahın Quranda xəbər verdiyi "Nə qədər bacarırsınızsa Allahdan qorxun..." (Təğabun surəsi, 16) əmrinə itaət edərək bu qorxularına sərhəd qoymazlar.

Davamı

Kamil iman sahibinin ibadətləri

Image 01

O kəslərə ki, Allah anıldığı zaman qəlbi qorxuya düşər, başına gələnə səbir edər, namaz qılar və onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyərlər. (Həcc surəsi, 35)

Kamil iman sahibi olan bir insan ibadətlərinə göstərdiyi dəqiqliklə özünü müəyyən edir. Allahın fərz qıldığı beş vaxt namaz, oruc, dəstəmaz ibadətlərini həyatı boyunca ...

Davamı

Kamil iman sahibinin ölümə baxışı

Image 02

Quranda "Hər kəs ölümü dadacaqdır. Sonra da Bizə qaytarılacaqsınız" (Ənkəbut surəsi, 57) ayəsində də xəbər verildiyi kimi, dünyadakı hər insan özü üçün təqdir edilmiş bir günün təyin olunmuş bir saatında, şübhəsiz ki, ölümlə qarşılaşacaq. Belə ki, bu günə qədər heç bir insanın gücü, malı, mülkü, sərvəti, şöhrəti, mövqeyi, etibarı, qüvvəti və gözəlliyi ölümü özündən uzaqlaşdırmağa yetməmişdir.

Davamı

Kamil iman sahibinin qədərə təslimiyyəti

Image 01

De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O, bizim himayədarımızdır. Qoy, möminlər Allaha təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)

"Biz, həqiqətən də, hər şeyi qədər ilə yaratdıq" (Qəmər surəsi, 49) ayəsi ilə xəbər verildiyi kimi, Allah canlı-cansız bütün varlıqları qədərləri ilə birlikdə yaratmışdır. Allahın təyin etdiyi qədər (tale) xaricində heç bir varlığın yaxşılığa, ya da pisliyə mane olmağa və ya əksinə çevirməyə gücü yetməz.

Davamı

Kamil iman sahibinin dünya həyatına baxışı

Image 02

Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır. Kaş ki, biləydilər! (Ənkəbut surəsi, 64)

Allah dünyanı insanlar üçün keçici bir yurd olaraq yaratmışdır. İnsanların sınanması, iman edənlərin nöqsanlardan arınması və öyrədilərək cənnətə layiq olacaq bir quruluşa sahib olması, inkar edənlərin də pisliklərinin ortaya çıxması üçün... Ancaq bu həqiqəti çox az insan düşünüb anlayır ki, məhz onlar da kamil iman sahibləridir.

Davamı

Kamil iman sahibinin axirət inancı

Image 01

O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar. (Bəqərə surəsi, 4)

Cəhənnəmdə yaşanan ağrı və əzabın şiddəti, şübhəsiz ki, dünyada yaşanan heç bir ağrı ilə müqayisə edilə bilməz. Yalnız atəş əzabının belə saysız növü vardır. Cəhənnəm əhli qışqırıqlar içində yanar, əlləri boyunlarına bağlı şəkildə atəşin dar yerinə atılar, başlarının üstündən qaynar su tökülər, dəmirdən qamçılarla qamçılanar, aclıq və susuzluqdan qıvrılarkən əzabdan-əzaba sürüklənərlər.

Davamı

Kamil imanın nəsib etdiyi üstün əxlaq

Image 02

Həqiqətən də, sən böyük əxlaq sahibisən! (Qələm surəsi, 4)

Allaha qəlbən iman edən hər insan Onun bütün əmrlərini qeyd-şərtsiz yerinə yetirər. Bunun nəticəsində də ortaya üstün bir əxlaq modeli çıxar. Məhz kamil iman sahibi olan möminin sahib olduğu Quran hökmlərinə itaət etməyin nəsib etdiyi bu üstün əxlaqdır.

İnsan gözəl və qiymətli olan bütün xüsusiyyətlərə ancaq Allahın hökmlərinə riayət etməklə sahib ola bilər. Allah Quranda doğruluğu, ədaləti, səbri, fədakarlığı, vəfanı, sədaqəti, dözümlülüyü, itaəti, təvazökarlığı, xoş münasibəti ...

Davamı

Kamil iman sahiblərinin gözəl həyatı

Image 01

Həqiqətən də: “Rəbbimiz Allah`dır!”– deyib sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar cənnət əhlidirlər və etdikləri əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar. (Əhqaf surəsi, 13-14)

Onlar Rəbbimizdən gələn hər şeydə xeyir olduğunu bilər, hər zaman şükür edər və Ona qəlbən bağlanaraq təslimiyyət göstərərlər.

Davamı

Quranda kamil iman nümunələri

Image 02

Allahın Elçisi sizlərə – Allaha və axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir. (Əhzab surəsi, 21)

Allah hər şeyin açıq-aşkar bir dillə izah edildiyi və heç bir mövzunun nöqsan buraxılmadığı bir kitab göndərərək imani bir yetkinliyə necə çata biləcəyimizi, necə düşünəcəyimizi, necə yaşayacağımızı və nələri hədəf götürəcəyimizi bizə bildirmişdir.

Davamı

Quranda kamil iman sahibləri

Image 01

Kamil iman sahiblərinin Quranda bildirilən xüsusiyyətlərindən bəziləri belədir:

- "Onlar iman gətirmiş və (Allahdan) qorxmuşlar. (Yunis surəsi, 63)

- "…İmanlarına zülm qatışdırmayanlar…" (Ənam surəsi, 82)

- "…Ondan qorxur və Allahdan başqa heç kəsdən qorxmurdular…" (Əhzab surəsi, 39)

- "…Onun qorxusundan tir-tir əsirlər" (Ənbiya surəsi, 28)

- "…“Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutanlar…" (Əhqaf surəsi, 13)

Davamı

Kamil iman sahibi olan mömin

Image 02

Nə cür Allah inancına malikdir?

Davamı