Kamil iman sahibinin ibadətləri

Image 01

Kamil iman sahibi olan bir insan ibadətlərinə göstərdiyi dəqiqliklə özünü müəyyən edir. Allahın fərz qıldığı beş vaxt namaz, oruc, dəstəmaz ibadətlərini həyatı boyunca (sağlamlıq şərtləri əlverişli olduğu müddətdə) şövqlə davam etdirir. Allah saleh müsəlmanların ibadət şövqünü bir çox ayəsi ilə xəbər vermişdir:

O kəslər ki, Rəbbinin üzünü diləyərək səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər. Onlar üçün axirət yurdu – əməlisaleh ataları, zövcə­­ləri və övladları ilə birlikdə daxil olacaqları Ədn bağları hazırlanmışdır...  (Rəd surəsi, 22-23)

O kəslərə ki, Allah anıldığı zaman qəlbi qorxuya düşər, başına gələnə səbir edər, namaz qılar və onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyərlər.
(Həcc surəsi, 35)

 

Namazın əhəmiyyəti

İmandan sonra gələn ən əhəmiyyətli ibadətlərdən olan namaz möminlərə həyatları boyunca davam etdirmələri əmr edilən, vaxtları təyin olunmuş bir ibadətdir.

İnsan unutmağa və qəflətə düşməyə meyilli bir varlıqdır. İradəsindən istifadə etməyib gündəlik hadisələrin axışına qapılsa, əsl diqqətini verməsi və ağlında tutması lazım olan mövzulardan uzaqlaşar. Allahın hər tərəfdən onu sarıb-bürüdüyünü, hər an onu izlədiyini, eşitdiyini, etdiyi hər şeyin hesabını Allaha verəcəyini, ölümü, cənnətin və cəhənnəmin varlığını, qədərin (taleyin) xaricində heç bir hadisənin meydana gəlməyəcəyini, qarşılaşdığı hər şeydə, hər hadisədə bir xeyir olduğunu unudar. Qəflətə düşərək həyatının əsl məqsədini xatirindən çıxara bilər.

Gündə beş vaxt qılınan namaz isə bu unutqanlıq və qəfləti yox edər, möminin şüurunu və iradəsini canlandırar. Möminin daim Allaha yönəlməsini təmin edər və yaradıcımızın əmrləri istiqamətində həyat sürməsinə kömək edər. Namaz qılmaq üçün Allahın hüzurunda dayanan kamil iman sahibi olan mömin Allah`la güclü bir mənəvi əlaqə qurar. Namazın insana Allahı xatırlatdığı və insanı hər cür pislikdən saxladığı bir ayədə belə bildirilir:

Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir.  (Ənkəbut surəsi, 45)

Namaz ibadəti başda peyğəmbərlər olmaqla, bütün iman edənlərə fərz qılınmış bir ibadətdir. Tarix boyunca insanlara göndərilmiş peyğəmbərlər qövmlərinə Allahın fərz etdiyi bu ibadəti təbliğ etmişlər, özləri də həyatları boyunca bu ibadəti ən gözəl və ən doğru şəkildə tətbiq edərək bütün möminlərə nümunə olmuşlar. Bu istiqaməti ilə namaz Allahın elçilərinin qövmlərinə etdikləri feili bir təbliğ şəklidir.

Quranda peyğəmbərlərə namaz qılmalarının əmr edilməsi, onların bu ibadətə verdikləri əhəmiyyət, bu ibadəti yerinə yetirməkdə və qorumaqda göstərdikləri qətiyyət, qövmlərinə namaz qılmağı əmr etmələri ilə əlaqədar bir çox ayə vardır.

- Bir ayədə hz. İbrahim barədə belə bildirilir:

Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə! (İbrahim surəsi, 40)

- Hz. İsmayıl barədə Quranda belə buyurulur:

Kitabda İsmaili də xatırla! Həqiqətən, o, öz vədinə sadiq idi. O, bir elçi və peyğəmbər idi. O, öz ailəsinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı.  (Məryəm surəsi, 54-55)

- Başqa bir ayədə Allah hz. Musaya belə bildirir:

Həqiqətən, Mən Allaham. Məndən başqa heç bir ilah yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!  (Taha surəsi, 14)

Mömin qadınlara nümunə olaraq göstərilən hz. Məryəmə də namaz qılması əmr edilmişdir:

Ey Məryəm! Rəbbinə itaət et, səcdə et və rukuya gedənlərlə birlikdə rukuya get!”  (Ali-İmran surəsi, 43)

Quranda Allahın sözü olaraq xarakterizə edilən hz. İsa da eyni əmri almışdır:

(Körpə dil açıb) dedi: “Həqiqətən də, mən Allahın quluyam! O, mənə kitab verdi və məni peyğəmbər etdi. Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi. (Məryəm surəsi, 30-31)

Mövzular

Image 01

Müəllif haqqında

Hörmətli Adnan Oktarın həyatı və əsərləri haqqında buradan oxuya bilərsiniz.

Image 02

A9 tv

A9 tv-dəki bütün söhbət proqramları, birbaşa efiri və sənədli filmləri buradan izləyə bilərsiniz.

Image 03

Ayə axtar

Quranda ayə axtarma, Quran fihristi. Bu saytda siz Quranı rahat şəkildə incələyə biləcəksiniz.

Image 04

Hədislər

Peyğəmbərimizin (s.a.v) Quran əxlaqı, Axırzaman, İslam birliyi və.s haqqında qiymətli hədisləri.

Image 05

e - təhsil

Hörmətli Adnan Oktarın əsərlərindən faydalanılaraq hazırlanmış elektron təhsil saytı.