Allah hər şeyin açıq-aşkar bir dillə izah edildiyi və heç bir mövzunun nöqsan buraxılmadığı bir kitab göndərərək imani bir yetkinliyə necə çata biləcəyimizi, necə düşünəcəyimizi, necə yaşayacağımızı və nələri hədəf götürəcəyimizi bizə bildirmişdir. Bununla yanaşı, Allah nümunə olaraq peyğəmbərlər göndərmiş və onların vasitəsilə insanlara həyatda imani yetkinliyin necə yaşandığını göstərmişdir. Onlara yaxşılığı əmr edib pislikdən çəkindirməyi fərz edərək insanlara kamil imanı yaşamaqda köməkçi olmalarını təmin etmişdir. Ayrıca, Allah Quranda keçmişdə yaşayan peyğəmbərlərdən xəbər verib onların üstün əxlaqından nümunələr göstərmişdir ki, iman sahibləri bundan nümunə götürsünlər.
Kitabın əvvəlində də açıqladığımız kimi, insanın imanının və Allah qorxusunun qarşısında sərhəd qoyulmamışdır. İstəyən şəxs hər zaman Rəbbimizə bir yol tapa bilər və Ona hər kəsdən daha yaxın ola bilər. Bu səbəblə, kamil iman sahibləri üçün peyğəmbərlərin və Quranda nümunə göstərilən saleh möminlərin imanı və əxlaqı əhəmiyyətli bir hədəfdir. Ancaq bu da onlar üçün son sərhəd deyil. Allah Quranda "Nə qədər bacarırsınızsa, Allahdan qorxun. (Peyğəmbərə) qulaq asıb itaət edin..." (Təğabun surəsi, 16) ayəsi ilə möminlərin təqvada heç bir sərhəd tanımamalarını buyurmuşdur.
Bu səbəblə, hər möminin hədəfi Allahın ən sevimli və Ona ən yaxın qulu ola bilməkdir.
Məhz bu hissədə belə şərəfli və üstün axtarışda olan hər kəsə Allahın Quranda peyğəmbərlərdən və digər kamil iman sahiblərindən verdiyi nümunələri yenə xatırladacağıq və imani yetkinliyi qavramanın yollarını ortaya qoyacağıq.
Quranda bildirilən hekayələrin birində Allah hz. Yusifin uşaqlığından etibarən müəyyən hikmətlə hazırlanmış sınaqlardan keçdiyini və onun bütün bu hadisələrə qarşı ən yetkin, ən təslimiyyətli rəftar göstərdiyini xəbər verir. Şərtlər nə qədər ağır, qurulan tələlər nə qədər çətin görünsə də, hz. Yusif imanından, Allaha olan bağlılığından, etibarından və təslimiyyətindən vaz keçməmiş, əksinə, Allaha daha da yaxınlaşaraq Ona qarşı tam təslimiyyətli əxlaq göstərmişdir.
Allaha yaxınlaşmaqda yol axtaranlar üçün hz. Yusifin həyatında, həqiqətən də çox bənzərsiz, çox üstün iman və əxlaq nümunələri vardır. Qurandan hz. Yusifə dair ilk öyrəndiyimiz məlumat onun hələ kiçik yaşlarda vacib bir yuxu gördüyü və atası hz. Yaqubun bu yuxu haqqında etdiyi şərhlə əlaqəlidir:
Atası hz. Yusifin gördüyü bu yuxunun Allahdan bir işarə olduğunu və onun gələcəkdə Allah qatında üstün şəxs olacağını düşünərək bu yuxunu heç kimə izah etməməsini söyləmişdir. Daha sonra atalarının hz. Yusifə olan düşkünlüyünün çox olduğunu hiss edən qardaşları atalarının bu sevgisini qısqanaraq qardaşlarına tələ qurmuşlar. Onu öldürməyə və beləcə, atalarının sevgisini özlərinə yönəltməyə çalışmışlar:
Qardaşları hz. Yusifi dərin bir quyuya atmış və atalarına da onu bir qurdun parçaladığını söyləyərək üzərinə yalandan qan sürdükləri köynəyini gətirmişlər. Söylədikləri bu yalana baxmayaraq, hz. Yaqub bu hadisənin bir qurmadan ibarət olduğunu anlamış və Allaha sığınaraq Ondan kömək istəmişdir. Hər hadisəni bir qədər (tale) və hikmətlə yaradan Allahın diləməsi ilə quyunun olduğu yerdən keçən bir karvan hz. Yusifi tapmış və onu əsir olaraq Misirdə bir vəzirə satmışdır:
Onu satın alan vəzirin arvadı heyrətamiz bir gözəlliyə sahib olan hz. Yusifə yaxınlaşmaq istəmiş və bu istəyi qəbul edilməyincə hz. Yusifə böhtan ataraq özünü təmizə çıxarmaq istəmişdir:
Ancaq köynəyin arxadan cırıldığı aydın olduğu və hz. Yusifin günahsızlığı çox açıq şəkildə göründüyü halda belə, onu zindana atmaqdan imtina etməmişlər. Hz. Yusif isə qarşılaşdığı bütün hadisələrdə olduğu kimi, düşdüyü vəziyyətdən Allaha sığınmış və özünə çıxış yolu göstərməsi üçün Ona təslim olmuşdur. Allah onun bu duasını qəbul etmiş və qadının hiyləsini ondan uzaqlaşdırmışdır:
Qardaşlarının ona qurduğu tələ ilə başlayan və böhtan atılması ilə davam edən bu hadisələr Yusif peyğəmbərin uzun illər boyu zindanda qalması ilə davam etmişdir. Ancaq bu müddət boyunca o, bir an belə ümidsizliyə qapılmamış, Allahdan ümidlə kömək diləmiş, bütün bu hadisələrin xeyirlə yaradıldığını bilmiş, səbrində və imanında qətiyyət göstərmişdir. Belə ki, illər sonra hökmdar gördüyü bir yuxunun yozumunu soruşduğunda hz. Yusifi zindandan tanıyan və onun yuxuları yozduğunu bilən bir kimsə bu vəziyyəti hökmdara xəbər vermişdir. Hz. Yusifdən yuxusunun ən doğru şərhini öyrənən hökmdar onu çağırtdırmışdır. Lakin peyğəmbər hökmdarın əvvəl vəzirin arvadını və əllərini kəsən qadınları çağırdıb keçmişdə yaşanan bu hadisənin əslini onlardan öyrənməsini istəmişdir. Onlar da belə cavab vermişlər:
Onların bu etiraflarından sonra hz. Yusif bu şərhi etmişdir:
Yusif peyğəmbərin bu sözləri onun necə imani yetkinliyə və necə üstün əxlaqa sahib olduğunu çox açıq şəkildə ortaya qoymuşdur. O, ən başdan bəri Allahın köməyinin mütləq iman və səbir edənlərlə birlikdə olduğunu və Ona xəyanət edənlərin hiylələrinin mütləq boşa çıxardığını bilir. Allaha duyduğu güvən, qədərə olan təslimiyyətindən və təvəkkülündən aydın olur. Şərtlər nə qədər əleyhinə kimi görünsə də, əslində, bütün bunların arxasında Allahın yaxın olduğunu çox yaxşı görür.
Yusif peyğəmbərin üstün əxlaqında diqqət çəkən əhəmiyyətli bir xüsusiyyət də onun haqlı olduğu vəziyyətlərdə belə nəfsinə arxa çıxmaması, ona əsla güvənməməsi və onun Allahın diləməsindən başqa mütləq pisliyi əmr edən qüvvə olduğunu çox yaxşı bilir. Bu, ancaq kamil iman sahiblərinin yaşaya biləcəyi bir əxlaqdır. Çünki nəfs şeytanın üsullarına sığınaraq insana hiylə ilə yaxınlaşır və vicdanının səsini dinləməyən insanlara etdiklərini gözəl göstərərək onları pisliyə yönəldir.
Hz. Yusifin nəfsinə qarşı mövqeyi isə onun imani yetkinliyinin rəftarlarına əks olunmasıdır. Şübhə yoxdur ki, Allaha belə güvənən və təslim olan bir insanın sonu da mütləq xeyir olar. Necə ki, onun həyatı boyunca göstərdiyi bu təslimiyyətin əvəzinə Allah ona dünyada güc və iqtidar vermişdir. Ayrıca, ona dünyada gözəl həyat vermiş və axirətdə də yaxşılıqlarının əvəzini verməklə cənnətlə müjdələmişdir:
Allah Hz. Süleymanın səmimi imanını Quranda belə bildirir:
Hz Süleymanın Quranda izah edilən ən əhəmiyyətli xüsusiyyətlərindən biri güc, iqtidar və ehtişama sahib olması idi. Ona Allah qatından bir çox üstün qabiliyyətlər verilmişdi. Hz. Süleyman özünə verilən bu nemətlər üçün daim Allaha şükür və dua etməklə Ona yönəlmişdi. Allah hz. Süleymanın dualarından birini Quranda belə bildirir:
Hz. Süleymanın səmimi bir duası da belədir:
Allah bu duasına görə, hz. Süleymana dünyada xüsusi bir qabiliyyət, zənginlik və elmdə üstünlük verdiyi kimi, onu axirətdə də ən gözəl şəkildə mükafatlandıracağını vəd etmişdir. Allah Quranda hz. Süleyman üçün belə bildirmişdir:
Hz. Süleymanın belə üstün və seçilmiş bir mövqeyə layiq edilməsi, əlbəttə, əlində olan maddi imkanları Allah rizası üçün istifadə etməsinə görədir. Bu imkanlar onun Allaha yaxınlığının daha da artmasına, Allahı xatırlamasına vəsilə olmuşdur. Onun: "... Mən gözəlliyi Rəbbimin zikrindən dolayı sevirəm..." (Sad surəsi, 32) - dediyi bir ayədə bildirilmişdir. Nemətlər və imkanlar nə qədər çox olursa-olsun, bunlardan ötrü təkəbbürlük etməmək və lovğalanmadan yalnız Allaha yönəlmək ancaq kamil iman sahiblərinə xas olan əxlaqdır. Allah hz. Süleymanın bu əxlaqını bütün insanlara nümunə olaraq bildirmişdir.
Fironun zövcəsi Misirdə İsrail oğullarına rəhbərlik edən fironla evlidir. Tarixə dünyanın ən zalım insanlarından biri olaraq düşən fironun evli olduğu bu insan ondan tamamilə fərqli əxlaqa malikdir. Quranda tarixin ən qiymətli və ən saleh müsəlmanlarından biri olaraq zikr edilmişdir. Allahın təqdir etdiyi qədərdə bir imtahan olaraq dünyanın ən zalım insanlarından biri ilə ən yaxşı insanlarından biri eyni evdə yaşamışdır.
Bu qiymətli insanın sahib olduğu kamil iman Quranda qiyamətə qədər yaşayacaq müsəlmanlara nümunə verilmişdir:
Allahın iman edənlərə fironun zövcəsini nümunə göstərməsinin səbəbi bu üstün əxlaqlı insanın tarixdə az rast gəlinən bir təhlükə altında ikən, çox çətin şərtlərdə iman etməsidir. Eyni zamanda, cahiliyyə insanlarının tam əksinə, dünyada bəlkə də çox az insanın sahib olduğu bir mülkdən təsirlənməyərək güclü bir xarakterlə Allaha dərindən bağlanmasıdır.
O dövrdə Misir xalqı fironun ilahi gücə sahib olduğuna inanırdı. Firon Misir xalqının bu inancından istifadə edərək özünü ilah elan etməyə cürət etmişdi. Fironun zövcəsi də belə təhlükəli bir mühitdə, bu dərəcə zalım bir insanla eyni evi paylaşarkən Allaha iman etmişdir. Allahın varlığını və o günə qədər Misirə hakim olan inancların hamısının batil olduğunu təsdiqləmişdir. Şübhəsiz, bu, dünyada çox az insanın nəzərə alacağı və ancaq Allaha qəlbən bağlanmaqla mümkün olan bir həyat şəklidir. Əlbəttə, böyük səbir tələb edən bir sınaqdır. Bu çətinlikdən təsirlənmədən yaşamaq üçün iradəli, ağıllı, romantiklikdən uzaq çox güclü bir iman lazımdır. Məhz fironun zövcəsi də belə bir əxlaqa və kamil imana sahib olması səbəbi ilə ağıllı davranmış və özünü sezdirmədən fironun sarayında gizlicə iman edən mömin bir qadın olaraq yaşamışdır. O, aləmlərin qadınlarına nümunə verilməklə şərəfləndirilmişdir:
Fironun zövcəsi böyük bir zənginliyin içində olmasına baxmayaraq, dünyəvi həvəslərə qapılmamış, yalnız Allah üçün yaşayacağı həyatı seçmiş, Allahın məmnuniyyətini, rizasını hər şeydən üstün tutmuşdur. Buna görə də Allaha boyun əyməsi, təvəkkülü, üstün səbri və yetkinliyi ilə peyğəmbər olmadığı halda, bütün insanlara nümunə olaraq Quranda zikr edilmiş qiymətli müsəlman bir qadındır.
Hz. Musa firona Allahın varlığını açıqlayıb sonra da Allahın möcüzələrini göstərdiyində firon qürurlanmış və əslində, hz. Musanı hörmətdən salmağı planladığı üçün onu ən çox güvəndiyi sehrbazları ilə qarşı-qarşıya gətirə biləcəyi bir yarışma təşkil etmişdi. Firon İsrail oğullarının hz. Musadan təsirləndiyini və ona inanmağa başladığını sezdiyi üçün hz. Musanın göstərdiyi möcüzələri xalqa bir sehrbaz hiyləsi olaraq göstərməyi məqsəd qoymuşdu. Firon Misir xalqının Allaha iman etməsindən və batil dinlərini tərk etməsindən narahat idi. Yeganə məqsədi öz sistemini davam etdirməsi olduğundan, ədalətli adı verilmiş hiyləli bir oyunla sistemini qoruyacağını və hətta möhkəmlədəcəyini zənn etmişdi.
Təyin olunan gün gəldiyində hz. Musa və sehrbazlar xalqın toplandığı bir meydanda qarşı-qarşıya gəldilər. Sehrbazlar güclərini göstərmək üçün əsalarını atdılar. Etdikləri sehrin təsiri ilə əsalar insanlara qaçan kimi göründü. Hz. Musa isə əsasını atınca Allahın izni ilə əsa sehrbazların qurduğu oyunu uddu. Hadisələr Quranda belə izah edilir:
Bunun üçün hz. Musanın həqiqəti söylədiyini anlayan sehrbazlar Allaha iman etdilər:
Hz. Musanın sehrbazların etdiklərini etibarsız etməsi və sehrbazların da onun üstünlüyünü qəbul edərək iman etməsi firon üçün böyük bir uduzma idi. Buna görə də fironun reaksiyası çox sərt oldu. Çünki həm xalqının gözü qarşısında alçalmış, həm əhəmiyyətli gücünü itirmiş, həm də öz sisteminə qarşı böyük təhlükə gördüyü hz. Musa qalibiyyət əldə etmişdi. Nəticə olaraq, iman edən sehrbazlara çox ağır cəza verəcəyinə qərar verdi:
Sehrbazlar isə fironun zorbalığını bilmələrinə və bu ağır təhdidlərə baxmayaraq, Allahın varlığını anladıqları an iman etmişlər və səcdəyə qapanmışlar. Heç bir bəhanə uydurmadan, mənfəət güdmədən firona qarşı hz. Musanın tərəfinə keçərək onu dəstəkləmişlər. Hz. Musaya qarşı çıxdıqlarına və ona qarşı mübarizə apardıqlarına görə də Allahdan üzr istəmişlər:
Məhz burada qeyd-şərtsiz Allaha təslim olmanın ilk andan insana qazandırdığı şəxsiyyət, güc və qətiyyət başqa sözlə desək, imani yetkinlik nəzərə çarpır. Əgər sehrbazlar fironun nizamına görə mənfəət güdməyə cəhd etsəydilər, əsla belə bir rəftar göstərə bilməzdilər. Çünki görünüşcə yaşadıqları mövcud mühitdə iman etmələri dünyəvi mənfəətləri ilə zidd düşürdü.
Ancaq əlbəttə, Allahın varlığına iman edən bir insan üçün bütün bu təhlükələr geridə qalır. Çünki Allah bütün bu sayılan hadisələrə hökm edən, hər şeydən üstün olan gücdür. Kamil imanda Allaha müəyyən şərtlərə bağlı olaraq qul olunmaz. Çünki əsl iman heç bir şərtə bağlı olmayan imandır. Sehrbazların göstərdikləri də Allaha və dinə səmimi yaxınlaşan, heç bir şərtə bağlı olmayan kamil bir imandır.
Allah hz. Muhəmmədə (s.ə.v) iki adamın arasında baş verən bir hadisəni vəhy etmişdir. Beləcə, əsrlər əvvəl yaşayan bu iki adamın nümunəsi qiyamətə qədər bütün insanlara çatmışdır:
Bu şəxslərdən birinin göstərdiyi xarakter Quranda ibrət götürüləcək xarakter kimi keçərkən, digərinin etidallı rəftarı da kamil iman nümunəsi meydana gətirmişdir.
Mal baxımından varlı olan adam özündən son dərəcə əmin halda təkəbbürlük göstərir və bu da zənginlikdən qaynaqlanır. Bağçasının məhsuldar olması və görünüşünün gözəlliyi onun özünə olan arxayınlığının əsas dayağıdır. Sırf yanındakı adamdan daha zəngin və güclü olduğunu düşündüyü üçün normal şərtlərdə edə bilmədiyi təkəbbür və əzəmətə haqq qazandırmışdır:
Bu adam bağının gözəlliyini və bərəkətini gördüyündə güclü olmaq üçün Allaha və Onun dininə ehtiyacı olmadığını düşünmüş və özündən son dərəcə əmin halda və ağılsız bir üslubdan istifadə etmişdir:
Allahın ayədə də diqqət çəkdiyi kimi, bağ sahibi bağına demək olar ki, sonsuzluq ətf etmiş və heç bir gücün onu yox edə bilməyəcəyini düşündüyünü də açıq şəkildə dilə gətirmişdir. Halbuki, bu dünyagörüşünün özünə necə son hazırladığının fərqinə vara bilməmişdir.
Allah bu adamla yanaşı, başqa bir bağ sahibindən bəhs edir. Bu adam da mülk sahibidir və zəngindir, ancaq digəri qədər deyil... Lakin sahib olduğu zənginlik inancına və xarakterinə təsir etməmişdir. Bu səbəblə, yoldaşının üzərindəki inkarı görərək ona bu şəkildə cavab vermişdir:
Ayənin davamında yoldaşının malından ötrü azğınlaşmasını dərhal xəbərdar etməsi və Allahın verdiyi malla Allaha qarşı böyüklənməməyi nəsihət etməsi bildirilmişdir:
Etidallı bağ sahibinin göstərdiyi əxlaq Allahın bəyəndiyi əxlaq modelidir. Sahib olduğu məntiq hadisələrə dünyagörüşü və üslubu kamil imana dair əlamətlərdir. Bu səbəbdən, Allah Peyğəmbərimizə (s.ə.v) bu hadisəni bütün möminlərə nümunə olaraq izah etməsini əmr etmişdir. Digər bağ sahibinin göstərdiyi pis əxlaq isə kamil iman sahibinin əxlaqındakı üstünlüyün belə bir müqayisə ilə ortaya çıxmasına vəsilə olmuşdur.
A9 tv-dəki bütün söhbət proqramları, birbaşa efiri və sənədli filmləri buradan izləyə bilərsiniz.
Quranda ayə axtarma, Quran fihristi. Bu saytda siz Quranı rahat şəkildə incələyə biləcəksiniz.
Peyğəmbərimizin (s.a.v) Quran əxlaqı, Axırzaman, İslam birliyi və.s haqqında qiymətli hədisləri.