Quranda kamil iman sahibləri

Image 01

Kamil iman sahiblərinin Quranda bildirilən xüsusiyyətlərindən bəziləri belədir:

- "Onlar iman gətirmiş və (Allahdan) qorxmuşlar.  (Yunis surəsi, 63)


- "…İmanlarına zülm qatışdırmayanlar…" (Ənam surəsi, 82)

 

- "…Ondan qorxur və Allahdan başqa heç kəsdən qorxmurdular…" (Əhzab surəsi, 39)

 

- "…Onun qorxusundan tir-tir əsirlər" (Ənbiya surəsi, 28)

 

- "…“Rəbbimiz Allah`dır!”– deyib sonra düz yol tutanlar…" (Əhqaf surəsi, 13)

 

- "...“Allah bizə yetər. O, nə gözəl qoruyandır!”– dedilər". (Ali-İmran surəsi, 173)

 

- "…Allah anıldığı zaman qəlbi qorxuya düşər…" (Həcc surəsi, 35)

 

- "…Rəbbindən qorxur və pis haqq-hesabdan çəkinirlər". (Rəd surəsi, 21)

 

- "…Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar…" (Nur surəsi, 55)

 

- "…Özlərinə nazil edilənə iman gətirir, Allahın ayələrini ucuz qiymətə satmırlar…" (Ali-İmran surəsi, 199)

 

- "Çünki onlar öz Rəbbi ilə qarşılaşacaqlarını və Ona qayıdacaqlarını yəqin bilirlər". (Bəqərə surəsi, 46)

 

- "O kəslər ki, haqq-hesab gününü təsdiq edirlər”. (Məaric surəsi, 26)

 

- "Qeybə iman gətirir…" (Bəqərə surəsi, 3)

 

- "…(Gələcək) o saatdan lərzəyə gəlirlər..." (Ənbiya surəsi, 49)

 

- "O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir…" (Bəqərə surəsi, 4)

 

- "…Axirətə də yəqinliklə inanırlar”. (Bəqərə surəsi, 4)

 

- "Kitabdan möhkəm yapışanlar..." (Əraf surəsi, 170)

 

- "…Namaz qılır…" (Bəqərə surəsi, 3)

 

- "O kəslər ki, namazlarında mütidirlər". (Muminun surəsi, 2)

 

- "O kəslər ki, namazlarını  öz vaxtlarında qılırlar”. (Muminun surəsi, 9)

 

- "O kəslər ki, namazlarını həmişə qılırlar". (Məaric surəsi, 23)

 

- "…Qorxu və ümid içində öz Rəbbinə yalvarır". (Səcdə surəsi, 16)

 

- "...Ancaq Rəbbinə təvəkkül edənlərdir". (Nəhl surəsi, 42)

 

- "Ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar". (Muminun surəsi, 5)

 

- "O kəslərdir ki, zəkat verirlər". (Muminun surəsi, 4)

 

- "Mallarını gecə və gündüz, gizli və aşkar xərcləyənlər…" (Bəqərə surəsi, 274)

 

- "O kəslər ki, Rəbbinin üzünü diləyərək səbir edir…" (Rəd surəsi, 22)

 

- "O kəslər ki, Allaha verdikləri sözü yerinə yetirir və əhdi pozmurlar". (Rəd surəsi, 20)

 

- "O kəslər ki, əmanəti danmır və əhdlərini pozmurlar". (Məaric surəsi, 32)

 

- "Onlar Allahın risalətini təbliğ edir…" (Əhzab surəsi, 39)

 

- "…Pisliyi yaxşılıqla dəf edirlər…" (Rəd surəsi, 22)

 

- "…Yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur…" (Tövbə surəsi, 71)

 

- "O kəslər ki, şahidliklərində mətindirlər”. (Məaric surəsi, 33)

 

- "…Müti olan…" (Ali-İmran surəsi, 17)

 

- "…Sübh çağına yaxın bağışlanma diləyən kimsələrdir". (Ali-İmran surəsi, 17)

 

- "…Onlar bilə-bilə etdiklərinə görə israr etməzlər." (Ali-İmran surəsi, 135)

 

- "O kəslərdir ki, sözbazlıqdan qaçırlar” (Muminun surəsi, 3)

 

- "…İşləri­ barədə öz aralarında məsləhətləşir…" (Şura surəsi, 38)

 

- "O kəslər üçün ki, haqsızlığa məruz qaldıqda intiqam alırlar". (Şura surəsi, 39)

 

- "…Doğru danışan…" (Ali-İmran surəsi, 17)

 

- "…Gələnə səbir edər…" (Həcc surəsi, 35)

 

- "…Allahdan lütf və razılıq diləyən..." (Fəth surəsi, 29)

 

- "O kəslər ki: “Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik, bizim günahlarımızı bağışla və bizi od əzabından qoru!”– deyirlər". (Ali-İmran surəsi, 16)

 

- "Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər". (Muminun surəsi, 61)

 

- "…Əlamətləri isə üzlərində olan səcdə izidir…" (Fəth surəsi, 29)

 

- "…İman gətirib yaxşı işlər görənlər məxluqların ən yaxşısıdırlar". (Beyyinə surəsi, 7)

 

- "Cənnət bağlarında hörmət göstəriləcək insanlar da elə onlar olacaqdır". (Məaric surəsi, 35)

Mövzular

Image 01

Müəllif haqqında

Hörmətli Adnan Oktarın həyatı və əsərləri haqqında buradan oxuya bilərsiniz.

Image 02

A9 tv

A9 tv-dəki bütün söhbət proqramları, birbaşa efiri və sənədli filmləri buradan izləyə bilərsiniz.

Image 03

Ayə axtar

Quranda ayə axtarma, Quran fihristi. Bu saytda siz Quranı rahat şəkildə incələyə biləcəksiniz.

Image 04

Hədislər

Peyğəmbərimizin (s.a.v) Quran əxlaqı, Axırzaman, İslam birliyi və.s haqqında qiymətli hədisləri.

Image 05

e - təhsil

Hörmətli Adnan Oktarın əsərlərindən faydalanılaraq hazırlanmış elektron təhsil saytı.