Kamil iman sahibinin dünya həyatına baxışı

Image 01

Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır. Kaş ki, biləydilər! (Ənkəbut surəsi, 64)

Allah dünyanı insanlar üçün keçici bir yurd olaraq yaratmışdır. İnsanların sınanması, iman edənlərin nöqsanlardan arınması və öyrədilərək cənnətə layiq olacaq bir quruluşa sahib olması, inkar edənlərin də pisliklərinin ortaya çıxması üçün... Ancaq bu həqiqəti çox az insan düşünüb anlayır ki, məhz onlar da kamil iman sahibləridir.

Kamil imana sahib olan bir möminin dünyaya baxışı Qurana əsasən olur. Belə bir adam inkarçılar kimi dünyaya bağlanmır, əksinə, sonsuz axirət həyatı üçün daim hazırlıq görür. Bundan başqa, Quranda xəbər verilən "... insanları ancaq Mənə ibadət etmək üçün yaratdım" (Zariyat surəsi, 56) ayəsinin hökmü ilə dünyada olma məqsədinin hər şeydən əvvəl Allaha qulluq etmək olduğunu bilir.

Allaha qulluq etmək, daha əvvəl də ifadə etdiyimiz kimi, yalnız namaz qılmaq, oruc tutmaq kimi ibadətləri yerinə yetirmək deyil. Əksinə, qulluq bir insanın bütün həyatını əhatə edən bir hərəkətdir. Kamil imana sahib olan bir mömin bütün həyatını Allaha qulluq etməklə keçirən insandır. Yalnız Allah üçün yaşayar, Allah üçün çalışar, özünə verilən bütün imkanlardan yenə də yalnız Allah üçün istifadə edər. Çünki "İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik" (İnsan surəsi,2) ayəsində də ifadə edildiyi kimi, Allah dünya həyatını insanı sınamaq üçün yaratdığını bildirir.

Allah dünya həyatının bir sınanma yeri olduğunu bildirdiyi kimi, bu həyatın hiyləsinə də xüsusilə diqqət çəkmiş və insanları bu mövzuda açıqca xəbərdar etmişdir:

Ey insanlar, heç şübhəsiz, Allahın vədi haqdır; elə isə dünya həyatı sizi aldatmasın... (Fatir surəsi, 5)

 

Məhz kamil iman sahibləri  nə qədər cazibədar görünsə də, dünya həyatının bəzəklərinə aldanmayan insanlardır. Çünki onlar Allahın haqq kitabından dünya həyatının əsl üzünü öyrənmişlər. Dünya həyatı Quran ayələrində bildirildiyi kimi, oyun, əyləncə, bəzək,  öyünmə, mal və uşaqları çoxaltma həvəsidir. Allah bir ayəsində dünya həyatını yaşıllanıb əkinçilərin xoşuna gələndən sonra quruyub çör-çöp olan bir əkin nümunəsinə bənzətmişdir:

Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu, elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o, çör-çöpə dönür. (Kimisini) axirətdə şiddətli əzab, (kimisini də) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir.
(Hədid surəsi, 20)

 

Quranın bu nümunəsində diqqət çəkildiyi kimi, yer üzündə heç bir şey zamana qarşı heç nə edə bilməz: nə gözəl evlər, avtomobillər, məkanlar, mənzərələr, nə də gənc, gözəl və mövqe sahibi insanlar... Yeni olan hər şey qısa müddətdə köhnəlir, gənc olan hər kəs yaşlanır, gözəl olan köhnəlir və hətta zamanla tanınmaz hala gəlir. Yenə ən dəyər verilən əşyalar zamanla köhnəlib dəyərini itirir. Ən xoşbəxt anlar sürətlə keçib tarixə çevrilir, ən gözəl ləzzətlərdən əsər-əlamət belə qalmır. Bir az zaman keçdiyində insan az qala bunları heç yaşamamış kimi hisslər keçirir. Allah bir ayədə insanlara axirəti unutduraraq, onları dünyaya bağlayan həvəsin nələr olduğunu belə bildirmişdir:

Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır.  (Ali-İmran surəsi, 14)

 

Diqqət yetirilsə, ayədə üzərində durulan dünya nemətlərinin ortaq yanı hamısının məhdud və keçici zövqlər olmalarıdır. Bu səbəblə, dünyada həvəslə bağlanası heç bir şey yoxdur. Hər şeydən əvvəl, nə insanın ət və sümükdən ibarət olan quruluşu, nə də dünyadakı digər vəsaitlər buna uyğun yaradılmışdır. Bunlar cənnətdəki nemətlərin çox əksik bir nüsxəsi olaraq, axirəti xatırlatmaq məqsədilə var edilmişlər.

Məhz bu əhəmiyyətli həqiqəti qavrayan kamil iman sahibi olan bir mömin dünyadakı bütün nemətlərdən faydalanar, amma (dünyaya aldanan insanlardan fərqlənərək) bu nemətlərə qarşı həvəsə qapılmaz. Heç bir zaman əlindəkilərə sahiblənməz, əksinə, ona verdiklərindən ötrü hər an Allaha qarşı şükür edici rəftar göstərər. Çünki yer üzündəki bütün mülkün əsl sahibinin Allah olduğunu bilər.

Mala, gözəlliyə, gücə sahib olduqlarını zənn edənlər isə, əslində, yalnız özlərini aldadırlar, çünki sahib olduqlarını zənn etdikləri şeylərin heç birini özləri yaratmamışlar. Hətta bunların birini belə yaratmağa gücləri çatmaz. Üstəlik, bunların yox olmalarına da mane ola bilməzlər. Özləri də yaradılmışlar və bir gün onlar da mütləq dünya həyatına aid olan sahib olduqları hər şeyi geridə buraxıb ölümü dadacaqlar.

Məhz kamil iman sahiblərini qəflətdə olan insanlardan ayıran ən böyük fərqlərdən biri Quranda "... bunlar ötəri dünyanı üstün tutaraq ağır günü görməməzliyə vururlar" (İnsan surəsi, 27) ayəsində ifadə edilən həqiqətin şüurunda olmaları və dünyaya deyil, axirətə istiqamətli hazırlıq içində olmalarıdır. Allah bu insanların belə söylədiyini xəbər verir:

Onlardan: “Ey Rəbbimiz! Bizə həm dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi od əzabından qoru!”– deyənləri də vardır.  (Bəqərə surəsi, 201)

 

Allah bu səmimi davranışlarının və dualarının əvəzinə onlara həm dünyanın, həm də axirətin bütün gözəlliklərini və nemətlərini verir. Allah Quranda bunu belə müjdələmişdir:

Beləliklə, Allah onlara həm dünya mükafatını, həm də gözəl axirət mükafatını verdi. Allah yaxşı iş görənləri sevir. (Ali-İmran surəsi, 148)

Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allahın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur. (Yunis surəsi, 64)

Mövzular

Image 01

Müəllif haqqında

Hörmətli Adnan Oktarın həyatı və əsərləri haqqında buradan oxuya bilərsiniz.

Image 02

A9 tv

A9 tv-dəki bütün söhbət proqramları, birbaşa efiri və sənədli filmləri buradan izləyə bilərsiniz.

Image 03

Ayə axtar

Quranda ayə axtarma, Quran fihristi. Bu saytda siz Quranı rahat şəkildə incələyə biləcəksiniz.

Image 04

Hədislər

Peyğəmbərimizin (s.a.v) Quran əxlaqı, Axırzaman, İslam birliyi və.s haqqında qiymətli hədisləri.

Image 05

e - təhsil

Hörmətli Adnan Oktarın əsərlərindən faydalanılaraq hazırlanmış elektron təhsil saytı.