Kamil iman sahibi olan mömin
Nə cür Allah inancına malikdir?
- Allahdan başqa bir ilah olmadığını,
- Hər şeyi yaradanın ancaq Allah olduğunu,
- Hər işi idarə edənin Allah olduğunu,
- Bütün ürəklərin ancaq Allahın idarəsində olduğunu,
- Allahın hər şeyi əhatə etdiyini,
- Qədəri (taleyi) təyin etdiyini,
- Hər şeyə gücü yetən və dilədiyini edən olduğunu,
- Hər şeydən xəbərdar olduğunu və hər şeyi eşidib gördüyünü,
- Hər şeyin üzərində qoruyucu olduğunu,
- Qeybi bildiyini,
- Heç bir şeyə ehtiyacı olmadığını və bütün nöqsanlardan uzaq olduğunu,
- Doğmamış və doğulmamış olduğunu,
- Yanılmayan və unutmayan olduğunu,
- Mülkün yeganə sahibi olduğunu,
- Hər şeyin tək varisi olduğunu,
- Daim diri olduğunu,
- İzzət və şərəfin tək sahibi olduğunu,
- Daim üstün və qalib olduğunu,
- Ən gözəl adların sahibi olduğunu,
- Hökm və hikmət sahibi olduğunu,
- Qullarına şah damarlarından daha yaxın olduğunu,
- Ürəklərindən keçirdikləri ən kiçik şeyi də bildiyini,
- Gizlinin gizlisini bildiyini,
- Sonsuz ədalətli olduğunu,
- Mərhəmətlilərin ən mərhəmətlisi olduğunu,
- Qullarına qarşı çox bağışlayıcı olduğunu,
- Qullarını çox sevən olduğunu,
- Tövbələri qəbul edən olduğunu,
- Səmimi duaya cavab verən olduğunu,
- Yaxşılığın və şükürün əvəzini artıqlaması ilə verən olduğunu,
- İnsana hər şeyi öyrədən olduğunu,
- Xəbərdar edib qorxudan olduğunu,
- Ölüləri dirildən və hesab gününü yaradan olduğunu,
- Dininə kömək edənlərə dünyada və axirətdə kömək edən olduğunu,
- Vədinin haqq olduğunu,
- İnkarçılar üçün cəhənnəmi və möminlər üçün də cənnəti yaradan olduğunu bilən bir Allah inancına malikdir.
Nə cür Allah qorxusuna malikdir?
- Yalnız Allahdan qorxar və yalnız Ondan çəkinər
- Allahdan başqa heç bir şeydən qorxmaz.
- Allahdan gücü yetdiyi qədər çox qorxar.
- İmanı və Allah qorxusunu ürəyə yerləşdirənin Allah olduğunu bilər.
- Bu qorxunu yalnız çətinlik və çarəsizlik anlarında deyil, hər an yaşayar.
- Allahın qəlblərdə olanı və gizlinin gizlisini bilən olduğunu unutmaz.
- Kimsənin görmədiyi yerdə də Allahın görən olduğunu hər an xatırlayar.
- Hesab verəcəyini bilərək hərəkət edər.
- Haram və halallara diqqət edər.
- Etdiyi hər şeyin əsası bu qorxu üzərinə quruludur.
- Edilən hər işdə Allaha yönələr.
- Tək cəzalandıranın Allah olduğunu bilər.
- Allahın mövqeyindən, təhdidindən və cəhənnəm əzabından qorxar.
- Daha əvvəl gəlib-keçənlərə Allahın verdiyi əzabları unutmaz.
- Hörmət dolu, içi titrəyən və şiddətli bir Allah qorxusuna malikdir.
Necə bir imana malikdir?
- Allah qorxusuna və Allah sevgisinə əsaslanan.
- Yalnız Allaha ibadət etdirən.
- Allahı hər şeydən üstün tutmağı təmin edən.
- Allahdan başqa ilah axtarmayan.
- Allaha heç bir şeyi ortaq qoşmayan.
- Hər şeyin Allahdan olduğunu bilən.
- Allahın həmişə onun yanında olub etdiklərini gördüyünü bilən.
- Həyatının hər anında Allahın razılığını qazanmağı hədəf alan.
- Bütün həyatı Allah üçün yaşamağı gərəkdirən.
- Allahın sərhədlərini qorumağı təmin edən.
- Allahın qarşısında acizliyini çox yaxşı bilməyi təmin edən.
- Allahın ayələrinə qəlbən boyun əyməyi təmin edən.
- Yalnız Allaha güvənməyi təmin edən.
- Köməyin ancaq Allahdan olduğunu qavramağı təmin edən.
- Daim Allahı xatırlamağı təmin edən.
- Qurana bağlı olmağı təmin edən.
- Allaha əsla nankorluq etdirməyən.
- Qiyamət gününə qəti bilgi ilə iman etdirən.
- Axirətin varlığına qəti olaraq inandıran.
- Dünya həyatına aldanmağa mane olan.
- Gələcək narahatlığını ortadan qaldıran.
- Hər işdə bir xeyir olduğunu hər an hiss etdirən.
- Hər işdə Allaha yönəlməyi təmin edən.
- Sahib olunan bütün xüsusiyyətlərin Allahdan olduğunu unutdurmayan.
- Allaha, hökmlərinə və elçilərinə könüldən itaəti təmin edən.
- Şeytanın təsirinə izn verməyən.
- Hər an vicdanın səsi ilə hərəkət etməyi təmin edən.
- Yalnız Allaha yönəlmiş bir ruh halı verən.
- Yalnız Allahı və inananları dost etməyi təmin edən.
- Allaha yaxınlaşmaq üçün ciddi səy göstərən.
- Allaha hər an şükür edici olmağı təmin edən.
- Gizli və açıq zəkat verməyi unutdurmayan.
- Hər çətinliyə səbir edəcək və qətiyyən qorxmayacaq bir qətiyyət verən.
- Üstün əxlaq qazandıran.
- Göstərilən mömin əlamətlərində qətiyyət təmin edən.
- Təqvada yarışıb önə keçirən bir imana malikdir.
Necə bir qədər (tale) anlayışına malikdir?
- Hər şeyin bir qədər ilə yaradıldığını.
- Doğumdan ölümə qədər hər hadisəni Allahın xüsusi olaraq planladığını.
- Hər hadisənin ancaq Allahın təqdir etdiyi zamanda reallaşacağını,
- Allaha qarşı qəlbən tam güvənərək bağlanmalı olduğunu.
- Könüldən boyun əyməyin məqbul olduğunu.
- Allahın bütün zamanları bir an içində gördüyünü.
- Yalnız Allaha təslim olmanın lazımlılığını.
- Nə edirsə-etsin, nəticəni Allahın təyin edəcəyini.
- Allaha tam bir təslimiyyət göstərdiyi təqdirdə əsla qəmgin olmayacağını.
- Allahın yaratdığı hər görüntüdən razı olmalı olduğunu bilər.
- Başına gələn hər şeyin Allahdan olduğunu bildiyi üçün:
- -həyəcana qapılmaz.
-kədər və ya çətinliyə düşməz.
-çaxnaşmaya qapılmaz.
-ümidsizliyə düşməz.
-çətinlik və əsəb keçirməz.
-narahat olmaz.
-qəzəblənməz.
-"Kaş ki", - deməz.
-ani və həddindən artıq reaksiyalar verməz.
-ölüm qarşısında kədərlənməz.
-əlindən gedənə və başına gələnə kədərlənməz.
Hansı düşüncəyə və nə cür ağıla malikdir?
- Quranı gərəyi kimi, yaxşıca düşünən.
- Hər şeyi Quran məntiqi ilə qiymətləndirən.
- Hər şeyi müsbət düşünən.
- Vicdanın istiqamətləndirdiyi şəkildə hərəkət edən.
- Hər şeyi qədərdə (taledə) Allahın təqdir etdiyi şəkildə meydana gəldiyini bilərək düşünən.
- Hər hadisənin ardında gizlənən xeyir və hikməti görməyə çalışan.
- Ayaq üstə, oturarkən, yatarkən, hər an daim Allahı düşünən.
- Allahın varlığını və yaratmasındakı sənətini dərindən düşünən.
- Allahın diqqət çəkdiyi mövzuları və iman həqiqətlərini araşdırıb, düşünən.
- Suallarının cavablarını yalnız Qurandan tapan.
- Axsamalar qarşısında həlli həmişə Quranda axtaran.
- Daim dinin lehinə düşünən.
- Vəsvəsə gəldiyində şeytandan olduğunu düşünüb Allaha sığınan.
- Möminlər haqqında hüsnü-zənlə düşünən.
- Başqalarının ehtiyaclarını düşünə bilən.
- Təcili işləri təsbit edib onlara üstünlük verə bilən.
- Haqq ilə batil arasında Qurana uyğun müqayisə edə bilən.
- Təmiz bir ağıl ilə düşünə bilən.
- Öz yaradılışını düşünən.
- Qiyaməti düşünən.
- Hesab gününü düşünən.
- Cənnəti və xüsusilə də cəhənnəmi düşünüb öyüd alan.
- Özünə verilən öyüdləri yaxşıca düşünən.
- Öz nəfsini hesaba çəkə bilən ağıl və düşüncəyə malikdir.
Hansı sevgi anlayışına malikdir?
- Allahı hər kəsdən və hər şeydən çox sevər,
- Peyğəmbərimizə (s.ə.v) duyduğu sevgi bütün inananlara duyduğu sevgidən üstündür.
- Möminlərə olan sevgisi Allahın rizasına əsaslanan bir sevgidir.
- Ən çox sevdiyi insanlar Allahın rizasını qazanmağa ən çox səy göstərən, ən təqvalı olduğunu ümid etdiyi şəxslərdir.
- Dünya həyatının bəzəklərinə şiddətlə sevgi hiss etməz.
- İşlədiyi xeyirlərin əvəzində Allahın sevgisindən başqa heç bir mükafat istəməz.
- Allaha və elçisinə qarşı baş qaldıranlara qarşı əsla sevgi duymaz.
- Bir şeyə qarşı duyduğu sevgi və ehtiyac o mövzuda fədakarlıq göstərməsinə mane olmaz.
Necə və nə haqda danışar?
- Allahı ən gözəl adları ilə təsbih edər.
- Sözün ən gözəlini söyləyər.
- Gələcəkdə olacaq bir hadisə üçün hər zaman "Allah diləsə" mənasındakı "inşaAllah" sözündən istifadə edər.
- Allahın sənətini əks etdirən hər gözəlliyi gördüyündə: "maşaAllah", - deyərək Allahın şanını ucaldar.
- Allahın məmnun olacağını ümid etdiyi sözü söyləyər.
- Danışıqlarında ayələri xatırladaraq danışar.
- Hikmətli danışar.
- Qısa, mənalı və aydın danışar.
- Boş və faydasız söhbətlər etməz.
- Ehtiyaca uyğun danışar.
- Yalan söz söyləməz.
- Ana və atasına qarşı "uf" belə deməyəcək qədər hörmətli danışar.
- Yumşaq söz söyləyər.
- Danışığı ilə qarşı tərəfə etibarlı olduğunu hiss etdirər.
- Bacardığı qədər səmimi, sadə, içindən gəldiyi kimi danışar.
- Gizli söhbətlərdən çəkinər.
- Söylədiyi sözün nə məna verəcəyini bilərək və yaxşı düşünərək danışar.
- Öyüd verərək danışar.
- Bir evə girdiyində əvvəl Quranda ifadə edildiyi kimi "salam" sözünü söyləyər.
- Cahillərlə qarşılaşdığında onlarla cəhalətlə danışmaz, "Salam", - deyərək keçər.
- Böhtan atmaz.
- Və bu cür söhbətlərə qatılmayıb şərəflə keçər.
- Yaxşı və gözəl rəftarları təşviq edəcək və pis davranışlardan çəkindirəcək şəkildə danışar.
- Səsində orta yol tutar, qışqıraraq danışmaz.
- Ağzından çıxan hər sözdən məsul olduğunu bilər.
- Boş və gərəksiz məqsədlər üçün and içməz.
- Danışığında heç kimi ayıblayıb, pisləməz.
- Dedi-qodu etməz.
- Vicdanı hərəkətə keçirəcək təsirli sözlər söyləyər.
Necə və nələrə dua edər?
- Hər şeydə Allaha yönələrək.
- Yalnız Allaha dua edərək və yalnız Ondan kömək diləyərək.
- Allahın hər duaya cavab verdiyini bilərək.
- Allahın ona şah damarından daha yaxın olduğunu və hər düşündüyünü anında eşitdiyini bilərək.
- Allahı ən gözəl adları ilə təsbih edərək və bu adlarının mənalarını dərin-dərin düşünərək.
- Dua edərkən Allahdan istəyinə sərhəd qoymayaraq.
- Duanın bir şəkli olmadığını, Allahın rizasını qazanmaq üçün edilən hər hərəkətin bir dua olduğunu bilərək.
- Dua etmək üçün xüsusi bir məkan və yerə gərək olmadığını, hər zaman, hər yerdə dua edə biləcəyini bilərək.
- Allaha qarşı ola biləcək ən hörmətli şəkildə dua edər.
- Yalnız çətinlik və ehtiyac içində olarkən deyil, bolluq və nemət içərisində olarkən də dua edər.
- Dualarından sonra verilən nemətlərə nankorluq etməz.
- Duası səmimi və içdəndir.
- Allaha yalvara-yalvara, için-için dua edər.
- Nümayiş üçün dua etməz.
- Qorxu və ümidlə dua edər.
- Özü üçün olduğu qədər, hətta özündən daha çox peyğəmbərlər və digər möminlər üçün də dua edər.
- Möminlərin sağlamlığı, təhlükəsizliyi, rahatlığı, zənginliyi və gücü üçün dua edər.
- Allaha yaxınlaşmaq, müvəffəqiyyətli olmaq, din əxlaqını ən yaxşı şəkildə yaşaya bilmək və gözəl əxlaqda səbir göstərə bilmək üçün dua edər.
- Dünyada və axirətdə Allahın ən gözəlini verməsi, nemətlərini artırması üçün dua edər.
- Heç kimin möminlərə zərər verə bilməməsi üçün dua edər.
- Düşmənlərinin xor və alçaq qılınmaları və etdiklərinin əvəzini görmələri üçün dua edər.
- Quranda yer verilən peyğəmbər dualarını özünə nümunə götürər.
- Dualarının sonunda: “Həmd olsun aləmlərin Rəbbi Allaha!” (Yunis surəsi, 10) - deyərək Allahı təsbih edər.
Hörmətli Adnan Oktarın həyatı və əsərləri haqqında buradan oxuya bilərsiniz.
A9 tv-dəki bütün söhbət proqramları, birbaşa efiri və sənədli filmləri buradan izləyə bilərsiniz.
Quranda ayə axtarma, Quran fihristi. Bu saytda siz Quranı rahat şəkildə incələyə biləcəksiniz.
Peyğəmbərimizin (s.a.v) Quran əxlaqı, Axırzaman, İslam birliyi və.s haqqında qiymətli hədisləri.
Hörmətli Adnan Oktarın əsərlərindən faydalanılaraq hazırlanmış elektron təhsil saytı.